Bazar, 05 May

"Bayraktar TB2"lər Küveyt səmasında - 367 milyon dollarlıq müqavilə

image

Türkiyənin müdafiə sənayesində yerli və milli texnologiyalarla "Baykar" şirkəti tərəfindən istehsal edilən "Bayraktar TB2" pilotsuz uçuş aparatları (PUA) Küveytə ixrac edilib.

Xəbər verilir ki, bununla da Küveyt "Bayraktar TB2"nin ixrac edildiyi 30-cu ölkə olub.

Şirkət PUA-ların ixracı üçün Küveyt Dövləti ilə müqavilə prosesinin uğurla başa çatdığını bildirib.

"Milli PUA 2019-cu ildə səhra şəraitində 27 saat 3 dəqiqə havada qalaraq ən uzun uçuş müddəti rekorduna imza atdığı Küveyt səmasında fəaliyyət göstərəcək", – şirkətin rəsmi tvitter hesabında verilən açıqlamada deyilir.

"Baykar"ın baş direktoru Haluk Bayraktar, "Bayraktar TB2-lər dost və qardaş ölkələrin ehtiyatlarında sülh və təhlükəsizliyin bərqərar olmasına xidmət etməyə davam edəcək", - deyə sosial şəbəkə hesabında bildirib.

Küveyt Dövlət Rabitə İdarəsinin sosial media hesabından verilən açıqlamada sözügedən müqavilənin 367 milyon dollar dəyərində olduğu bildirilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15